AZ

Malayziyada keçmiş baş nazir Nəcib Razak 1MDB işi üzrə 15 il həbsə məhkum edilib

Bakı. Trend:

Malayziyada məhkəmə ölkənin keçmiş baş naziri Nəcib Tun Razakı1MDB dövlət fondu ətrafında korrupsiya sxemləri ilə bağlı iş üzrə15 il müddətinə azadlıqdan məhrum edib və 11,4 milyard rinqqit(təxminən 3 milyard ABŞ dolları) məbləğində cərimə kəsib.

Trend “The Star”nəşrinə istinadən xəbər verir ki, hazırda 72 yaşı olan Nəcib Razak2009-cu ilin aprelindən 2018-ci ilin mayınadək Malayziyanın başnaziri vəzifəsində çalışıb. O, 2018-ci ilin iyulunda korrupsiyaşübhəsi ilə saxlanılıb.

2020-ci ildə Malayziya Ali Məhkəməsi Nəcib Razakı 1MDB dövlətfondu ilə bağlı korrupsiya qalmaqalı çərçivəsində vəzifəsəlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasındatəqsirli bilib. Həmin vaxt o, 12 il həbs və təxminən 44 milyon ABŞdolları məbləğində cəriməyə məhkum edilmişdi.

2024-cü ildə isə onun cəza müddəti altı ilə qədər azaldılıb və23 avqust 2028-ci ilədək müəyyən edilib, cərimənin məbləği isəilkin məbləğin dörddə birinə endirilib.

Seçilən
75
az.trend.az

1Mənbələr