Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Rusiya və ABŞ Ukrayna münaqişəsinin həllinə yaxınlaşıb".
Bakupost.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramının efirində bildirib.
Onun sözlərinə görə, 25 dekabr 2025-ci il tərəflərin nizamlanmaya yaxınlaşdığı bir hədd kimi yadda qala bilər.
"Son addımı atıb razılaşmaya nail ola bilib-bilməyəcəyimiz qarşı tərəfin siyasi iradəsindən asılıdır", - deyə diplomat bildirib.
Ryabkov, eyni zamanda, nizamlanmanın başa çatma tarixləri barədə danışmağı düzgün hesab etmədiyini vurğulayıb, çünki heç bir süni çərçivə və ya son tarixlər real işə kömək etmir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.