AZ

Baku Bus sürücüsü nəzarətsiz qalan azyaşlı uşağı xilas etdi » AzadMedia.az


Baku Bus-un marşrut üzrə hərəkətdə olan sürücüsü Allahverdiyev Asif Əsəd Əhmədov küçəsində baş verən hadisə zamanı yüksək diqqət və məsuliyyət nümayiş etdirib. Hərəkətdə olan avtomobillərin arasında azyaşlı uşağı görən sürücü dərhal avtobusu saxlayaraq vəziyyətə müdaxilə edib.
Ətrafı yoxladıqdan sonra uşağın tək olduğunu müəyyən edən Allahverdiyev Asif onun təhlükəsizliyini təmin edərək azyaşlını avtobusa mindirib. Uşağın yaşına görə ünsiyyət qurmaq mümkün olmadığından dərhal 102 xidmətinə məlumat verilib. Qısa müddətdə hadisə yerinə gələn polis əməkdaşlarına uşaq təhvil verilib.
Sonradan məlum olub ki, uşaq bağçadan nəzarətsiz şəkildə çıxaraq xeyli məsafə qət edib. Polis əməkdaşları tərəfindən azyaşlı ailəsinə təhvil verilib.
Baku Bus rəhbərliyi göstərdiyi diqqət, operativlik və insani yanaşmaya görə sürücü Allahverdiyev Asifə təşəkkür edib.
Seçilən
55
50
azadmedia.az

10Mənbələr