AZ

Zelenski sülh danışıqlarında irəliləyişin olduğunu bəyan edib

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski və Finlandiya Prezidenti Aleksandr Stubb arasında telefon danışığı baş tutub.

Moderator.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı öz "Telegram" kanalında məlumat paylaşıb.

Tərəflər arasında müzakirə olunan mövzulardan biri Kiyev və Vaşinqton arasındakı sülh danışıqları olub.

"Bugünkü vəziyyətə görə, bizim komandalarımız - Ukrayna və ABŞ danışıqlar qrupları əhəmiyyətli irəliləyiş əldə ediblər. Lazımi təhlükəsizlik zəmanətlərinin, bərpa və iqtisadi inkişaf planının, eləcə də 20 bənddən ibarət əsas sənədin hazırlanmasında çox iş görülüb", - deyə Ukrayna dövlət başçısı diqqətə çatdırıb.

Onun sözlərinə görə, həm o, həm də Stubb hesab edirlər ki, işin intensivliyi həqiqətən kömək edir və heç bir günü, saatı itirmək olmaz.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
2
moderator.az

4Mənbələr