AZ

Zelenskidən SON DƏQİQƏ AÇIQLAMASI KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderlərinin ABŞ-nin keçmiş prezidenti Donald Trampla planlaşdırılan görüşə qoşula biləcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki o, bu barədə jurnalistlərə verdiyi açıqlamada danışıb.

“Biz istərdik ki, avropalılar da iştirak etsin. Hamımızın bir gündə toplaşa biləcəyimizə əmin deyiləm. Görüş oflayn formatda ola bilər, amma ən azı onlayn bağlantı ilə tərəfdaşlarımızın əlaqədə olacağını düşünürəm”, – deyə Zelenski bildirib.

Ukrayna lideri əlavə edib ki, Trampla görüş zamanı əsas müzakirə mövzularından biri Rusiyaya təzyiqlərin artırılması olacaq. Onun sözlərinə görə, məqsəd Moskvanı sülh sazişinə razı salmaqdır.

Zelenski vurğulayıb ki, Rusiya tərəfi daim sülhdən imtina etmək üçün müxtəlif bəhanələr axtarır və əgər bu, yenidən baş verərsə, bu, göstərir ki, mövcud təzyiqlər kifayət etmir.

Natiq Səlim,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
konkret.az

2Mənbələr