AZ

İsraildə terror aktı 2 nəfər öldürüldü

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

İsrailin şimalında baş verən terror aktı nəticəsində iki nəfər həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail polisi məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində daha 2 nəfər yaralanıb.

İlkin araşdırmalara görə, hücumu törədən İordan çayının qərb sahilindəki Qabatiya qəsəbəsindən olan fələstinlidir. Onun İsrail ərazisinə bir neçə gün əvvəl qeyri-qanuni yollarla daxil olduğu bildirilir. Terrorçunun mülki şəxs tərəfindən atəş açılaraq zərərsizləşdirildiyi qeyd olunub.

Qeyd edək ki, hadisədən dərhal sonra İsrailin müdafiə naziri İsrael Katz ordunun Qabatiya qəsəbəsində əməliyyatlara başlaması barədə göstəriş verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
qafqazinfo.az

1Mənbələr