AZ

Ceyhun Bayramov: Hazırda 5 ölkə ilə vizanın ləğvi üçün işlər aparılır

16:37 26.12.2025
16:37 26.12.2025

Hazırda 5 ölkə ilə vizanın ləğv edilməsi üçün işlər aparılır.

Mynews.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, vətəndaşların gediş-gəlişinin sadələşdirilməsi məqsədilə ölkələrin siyahısının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

"Bunlar təhlil edilir və qarışıqlıqlı prinsip əsasında bütün elementlər nəzərə alınmaqla, prosesdə artım müşahidə edilir. Son bir neçə ildə Albaniya, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Qətər, Mərakeş, Çin kimi ölkələrə gediş-gəliş vizasız olub. 2025-ci ildə 10 ölkə ilə vətəndaşlar üçün vizasız gediş-gəliş təmin edilib. Ümumilikdə 74 ölkə ilə diplomatik pasportla bağlı sazişlər imzalanıb".


Seçilən
27
5
mynews.az

10Mənbələr