AZ

“SOCAR Petroleum”da 1,2 milyardlıq müəmma: Abdulla Tağıyev Londondadır

Bir müddət əvvəl “SOCAR Petroleum” QSC-nin baş direktoru vəzifəsindən azad edilən Abdulla Tağıyevlə bağlı yeni və diqqətçəkən məlumatlar üzə çıxıb.

Bakıvaxtı.az-ın “Unikal”a istinadən məlumatına görə, A.Tağıyev hazırda Böyük Britaniyanın paytaxtı London şəhərindədir.  “SOCAR Petroleum”da 1 milyard 200 milyon manatlıq vəsaitin taleyi məhz onun rəhbərlik etdiyi dövrdən sonra sual altına düşüb.

Sözügedən maliyyə axını məhz Abdulla Tağıyevin rəhbərlik etdiyi illərə təsadüf edir və həmin vəsaitin hansı istiqamətlərə yönəldildiyi ciddi suallar doğurur.

Xatırladaq ki, Abdulla Tağıyev iqtisadiyyat naziri Mikayıl Cabbarova yaxın şəxs kimi tanınır.

O, M.Cabbarovun həm Təhsil Nazirliyində, həm də Vergilər Nazirliyində fəaliyyət göstərdiyi dövrdə müşavir vəzifəsində çalışıb.

Seçilən
13
4
bakivaxti.az

6Mənbələr