AZ

İsrail Somaliland-ı "ölkə" kimi tanıyıb



İsrail Somalidən birtərəfli şəkildə müstəqilliyini elan edən Somaliland-ı "ölkə" kimi tanıdığını açıqladı. Baş nazirin Mətbuat Ofisinin yazılı açıqlamasında İsrailin Somalilandın "müstəqil ölkə" olduğunu tanıdığı bildirilir.

Bəyanatda Baş nazir Benyamin Netanyahu, Xarici İşlər Naziri Gideon Saar və Somalilandın özünü prezident elan edən Məhəmməd Abdullahinin qarşılıqlı olaraq "tanıma qərarı"nı imzaladığı bildirilir.

Bəyanatda həmçinin "tanıma qərarı" sənədinin imzalanması zamanı Netanyahu ilə Abdullahinin arasında video zəng də yer alıb.Qərardan məmnunluğunu ifadə edən Netanyahu, Abdullahini rəsmi səfər üçün İsrailə dəvət etdi.

Netanyahu həmçinin bildirib ki, Somalilandın İsrail ilə münasibətlərin normallaşdırılmasına yol açan "İbrahim Sazişləri"nə qoşulmaq istəyini ayın sonuna planlaşdırılan görüşdə ABŞ prezidenti Donald Trampa çatdıracaq.

İsrail Somalilandın müstəqilliyini tanıyan ilk ölkə olub.

aia.az
Tərcümə şöbəsi



Seçilən
73
2
aia.az

10Mənbələr