AZ

Rusiya Xarkovun əsas yollarından birinə hücum edib

Rusiya Ukraynanın Xarkov vilayətinə idarə olunan aviabombalar ilə növbəti zərbələr endirib, ölənlər və yaralananlar var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarkov şəhərinin meri İqor Terexov və Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun teleqram kanallarına istinadən "RBK-Ukrayna" məlumat yayıb.

"Partlayışlar həm şəhər ətrafında, həm də birbaşa vilayət mərkəzində baş verdi. İlkin məlumata görə, zərbə Şevçenko rayonuna endirilib", - Terexov bildirib.

Daha sonra şəhər rəhbəri dəqiqləşdirib ki, zərbə Xarkov vilayətinin ən işlək yollarından birinə endirilib. Nəticədə bir neçə avtomobil yanıb, ətraf evlərin pəncərələri sınıb. Yanan maşınlarda insanlar olub.

Seçilən
25
2
bakivaxti.az

5Mənbələr