AZ

İsrail başladı

İsrail Müdafiə Qüvvələri (İMQ) Livandakı “Hizbullah” hədəflərinə qarşı zərbələrə başlayıb.

Bu barədə İMQ sözçüsü ofisinin 26 dekabrda yaydığı açıqlamada bildirilir: “İMQ Livandakı Hizbullah terrorçu hədəflərinə zərbələr endirməyə başlayıb”, – İMQ ofisinin sözçüsü deyib.
Dünən İsrail Livandakı İran Qüds Qüvvələrinin əsas üzvlərindən birinin məhv edildiyini elan edib. Yəhudi dövlətinin məlumatına görə, o, Suriya və Livandan ölkəyə qarşı terror hücumlarının planlaşdırılmasında və əlaqələndirilməsində iştirak edib.

Xatırladaq ki, bir həftə əvvəl Livan Prezident Ofisi İsrail ilə dolayı danışıqların üçüncü raundunun 7 yanvar 2026-cı il tarixinə planlaşdırıldığını açıqlamışdı.

//Samir Qurbanov, Editor.az

Seçilən
27
editor.az

1Mənbələr