Azərbaycan Ordusunun və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçularının iştirakı ilə keçiriləcək "Sülh Qalxanı - 2026" təliminin dekabrın 25-də Bakıda əsas planlama konfransı olub.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Müdafiə Nazirliyində təşkil edilən tədbirdə hər iki ölkənin hərbi nümayəndə heyəti 2026-cı ilin fevral ayında BƏƏ-də keçiriləcək təlimin məqsədi, mərhələlər üzrə yerinə yetiriləcək fəaliyyətlər və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
"Sülh Qalxanı-2026" təlimində icra olunacaq tapşırıqlarla bağlı brifinqlər təqdim olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.