AZ

Patriarx Kirill Prezident İlham Əliyevi təbrik etdi

Yazını böyüt
Yazını kiçilt

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Hafta.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti vəzifənizdə doğma ölkənizə və vətəndaşlarınıza daim yüksək qayğı göstərir, uğurlu sosial-iqtisadi siyasət həyata keçirir, beynəlxalq gündəliyin formalaşdırılmasına və ictimai asayişin qorunmasına mühüm töhfələr verirsiniz. Müasir mürəkkəb geosiyasi şəraitdə bu vəzifələrin icrası dövlət başçısından strateji düşüncə, yüksək məsuliyyət və xüsusi analitik yanaşma tələb edir.

Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları ilə Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının səmərəli əməkdaşlığının dəstəklənməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Ümidvaram ki, formalaşmış mövcud qarşılıqlı münasibətlərin inkişafı gələcəkdə də insanların həyatında ənənəvi mənəvi dəyərlərin möhkəmlənməsinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı və rifah, Uca Allahdan kömək, Azərbaycan xalqının firavanlığı naminə gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

Seçilən
13
25
hafta.az

10Mənbələr