AZ

Kredit kartı borcları niyə böyüyür? – STATİSTİKA

Media Təhlil Mərkəzinin (MTM) Mərkəzi Bankın açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə əsasən, 2025-ci il 1 noyabr tarixinə əhaliyə verilən kreditlərin həcmi 17,87 milyard manat təşkil edir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni tarixində bu göstərici 15,98 milyard manat səviyyəsində olub.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı tehlil.az məlumat yayıb.

Bildirilib ki, son bir il ərzində əhalinin banklara olan borc yükü 1,89 milyard manat və ya 11,8 faiz artım göstərib.

Son beş ilin göstəricilərinə əsasən, faiz ifadəsində ən yüksək artım 2022-ci ildə qeydə alınıb. Belə ki, 2021-ci il 1 noyabr tarixinə kredit portfeli 7,85 milyard manat olduğu halda, 2022-ci ildə bu göstərici 10,58 milyard manata yüksəlib. Nəticədə, kreditlərin həcmi bir il ərzində 2,73 milyard manat və ya 34,8 faiz artıb.

Həcm baxımından ən böyük artım isə 2024-cü ildə müşahidə olunur. 2023-cü illə müqayisədə əhaliyə verilən kreditlərin həcmi 2,96 milyard manat və ya 22,7 faiz yüksəlib.

Ümumilikdə, aparılan təhlil göstərir ki, son beş il ərzində əhalinin banklara olan borcunun həcmi hər il artım dinamikası nümayiş etdirir.

Seçilən
37
4
nocomment.az

5Mənbələr