AZ

Bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunacaq

Moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq.

Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişikliyi təsdiqləyib.

Qeyd edək ki, dəyişikliyin əsas məqsədi moped nəqliyyat vasitələrinin istismarına dair tənzimləmələrin təkmilləşdirilməsi, sürücülərin bilik və bacarıqlarının artırılması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsidir.

Mühüm dəyişiklik moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasının tələb olunmasıdır. Bu, sürücülərin müəyyən bilik və bacarıqlara malik olmalarını təmin edəcək və nəticə etibarilə yol hərəkəti təhlükəsizliyini artıracaq.

Seçilən
26
11
publika.az

10Mənbələr