ain.az, Moderator.az portalına istinadən məlumat verir.
İsrailin şimalında bir fələstinli iki nəfər yerli sakini öldürüb.
Moderator.az xəbər verir ki, bu barədə İsrail polisi rəsmi məlumat yayıb.
Hücum edən şəxs saxlanılıb.
Xəbərdə bildirilir ki, təqsirləndirilən şəxs öncə Beyt-Şean şəhərində maşınla piyadanı vurub, daha sonra Eyn-Harod rayonunda gənc qadını bıçaqlayıb.
İki nəfəri öldürməkdə təqsirləndirilən fələstinli yoldan keçən bir şəxs tərəfindən zərərsizləşdirilib.
Saxlanılan caninin orta-ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi bildirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.