Yuxu iflicizamanı insan hərəkət edə və ya danışa bilməyərək oyanır.
Yuxu stuporu deyilən yuxu iflici tibbi olaraq oyanma katapleksiyası kimi tanınır.
Bir neçə tədqiqat göstərir ki, dünya əhalisinin təxminən 8 faizi ömründə ən azı bir dəfə yuxu iflici ilə qarşılaşır. Bu nisbət xüsusilə tələbələr və psixiatrik xəstələr arasında yüksəkdir: demək olar ki, üçdə biri (30 faiz) bu tip iflici yaşayır.
Medicina.az simptomları təqdim edir:
Yuxu iflicinin tipik əlamətlərinə bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən hərəkət edə bilməmək daxildir. Bu zaman insan xüsusilə depressiv bir vəziyyət yaşaya bilər: bəziləri sanki ölü kimi hiss edirlər.
Amma əslində narahat olmağa dəyməz. Tibbi baxımdan yuxu iflici zərərsizdir. Lakin belə bir təcrübədən sonra yuxuya getmək qorxusu yarana bilər.
Yuxu iflicinin səbəbləri. Alimlər bunu insanın REM yuxusundan sonra hərəkətsiz qala biləcəyi müvəqqəti nevroloji xəstəlik kimi şərh edirlər. Bu zaman bədənin yuxuya keçidinə mane olmamaq üçün refleksiv olaraq donması baş verir.
Yuxu iflici bir sıra amillərdən asılıdır, lakin əksər hallardayuxu çatışmazlığı, stress və həddindən artıq spirtli içki qəbul edənlərdə olur.
Necə reaksiya vermək olar?
Sakit qalın.
Yuxu iflicinin təhlükəli olmadığını və ciddi bir şeyin baş verməyəcəyini qəbul edin.
Düzgün pozanı seçin; kürəyi üstə yatmaqdan çəkinin — yuxu iflici ən çox bu pozada baş verir.
Narahat yuxuya səbəb olan hər şeydən çəkinin və yatmazdan əvvəl spirtli içki qəbul etməkdən çəkinin. Yatmazdan əvvəl yoqa və ya meditasiya ilə məşğul olun.
Aygün Musayeva