Tayland ordusu Kamboca ilə sərhəd münaqişəsi zamanı Sa Kaeo əyalətinin əsas əraziləri üzərində nəzarəti ələ keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Burapha Xüsusi Qüvvələri Ban Khlong Phaeng, Ban Nong Yaa Kaew və Ban Nong Chan şəhərlərini nəzarətə götürüb.
Qeyd olunub ki, qoşunlar cəbhə xətti boyunca mövqe tutmağa hazırlaşır və ərazini nəzarətdə saxlamaq və mövqelərini qorumaq üçün hücum hərəkətlərinə atəşlə cavab verəcəklər.
Xatırladaq ki, dekabrın 8-də Tayland silahlı qüvvələri Kamboca ilə həmsərhəd olan Sa Kaeo əyalətində suveren ərazini geri almaq üçün Burapha əməliyyatına başladığını elan etdi.