AZ

Kayahanın malikanəsi 130 milyona satışa çıxarıldı FOTO

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Balıkəsirdə Gömeç rayonunda mərhum türkiyəli musiqiçi, bəstəkar və müğənni Kayahan Açara məxsus 5 bitişik evdən ibarət dəniz mənzərəli malikanə 130 milyon TL-yə (təxminən 5,161,000 manat) satışa çıxarılıb.Bizim.Media xəbər verir ki, Kayahanın Gömeçdəki "Gönül Köşkü" adlandırdığı və bir çox əsərlərini bəstələdiyi evin qiyməti hər kəsi təəccübləndirib.

 

Hər birində 5 yataq otağı və 1 qonaq otağı olan evlərdən ibarət villa kompleksi üzgüçülük hovuzu, dəniz mənzərəsi və abadlıq işləri ilə diqqəti cəlb edir. Musiqiçinin malikanəsi 1609 kvadratmetrlik torpaq sahəsində 5 bitişik evdən ibarətdir.

Xatırladaq ki, Kayahan 3 aprel 2015-ci ildə vəfat edib.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
60
3
bizim.media

4Mənbələr