"Delimitasiya prosesi Şimaldan Cənuba doğru həyata keçiriləcək. Əminəm ki, 2026-cı ildə biz bunun şahidi olacağıq."
BAKU.WS xəbər verir ki, Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O qeyd edib ki, bu məsələlər daim diqqət mərkəzində saxlanılır:
"Azərbaycan və Ermənistan arasında anklav və eksklavlarla bağlı məsələlərin də həlli istiqamətində işlər davam edir".