AZ

FHN-in polkovnik-leytenantı iş yerində vəfat etdi - FOTO

Bu gün Bakıda Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil vəfat edib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı Regional Mərkəzinin Növbətçi Hissəsinin rəisi polkovnik-leytenant Rəşad Namiq oğlu Həsənovun səhhəti iş yerində qəfil pisləşib. O, dərhal mərkəzin tibb məntəqəsinə çatdırılsa da, vəfat edib.

18 ildir FHN-də xidmət edən R.Həsənovun cənazəsi dəfn olunmaq üçün Qusar rayonuna aparılıb.

Seçilən
79
14
manset.az

10Mənbələr