BAKI, 26 dekabr. TELEQRAF
"Azərbaycanla İsrail arasında münasibətlər çoxşaxəlidir".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulması gündəmdə deyil, çünki bu sazişlərin əsas məqsədi İsraillə diplomatik münasibətləri olmayan ölkələr üçün nəzərdə tutulub”,- o qeyd edib.