AZ

Onlara 14 ilə kimi qiyabi həbs verildi

Xaricə qaçıb gizlənən Qurban Məmmədov, Tural Sadıqlı, Orduxan Teymurov, Elşad Məmmədov, Süleyman Süleymanlı, Rəfael Piriyev və Orxan Ağayevin məhkəmə araşdırması başa çatıb.

NOCOMMENT.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan qiyabi icraat üzrə hökm oxunub.

Hökmə əsasən, Qurban Məmmədova 14, digərlərinə 9 il müddətinə qiyabi həbs cəzası verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər çoxsaylı ağır cinayətlərin törədilməsində ittiham edilirlər.

Seçilən
58
4
nocomment.az

5Mənbələr