AZ

İsraildə terrorçu insanlara hücum edib, ölən və yaralananlar var

İsrailin şimalında bir şəxs tərəfindən törədilən üç ayrı hücum nəticəsində iki nəfər ölüb.

Moderator.az xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Polis hücumu kombinə edilmiş terror aktı olaraq qiymətləndirir.

"Polis hücum edən şəxsi həbs edib, o üç ayrı hücum seriyası törədib - 68 yaşlı piyadanı avtomobillə vuraraq öldürüb və hadisə yerindən qaçıb. O həmçinin avtobus dayanacağında gənc qadına bıçaqla zərbələr vurub", - fövqəladə xidmətlər bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, maşını qadının üstünə sürdükdən sonra maşından çıxıb və ona bıçaqla zərbələr vurub. Qadın xəstəxanada vəfat edib.

Bundan əlavə, şübhəli maşınla 16 yaşlı yeniyetməni də vurub, yeniyetmə yüngül xəsarətlər alıb.

Seçilən
29
4
moderator.az

5Mənbələr