AZ

Nazir Ermənistanla münasibətlərə mane olan hallardan DANIŞDI 

Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin genişlənməsi istisna deyil.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair jurnalistlərin sorğusuna cavab olaraq bildirib.

Nazir qeyd edib ki, keçmişi nəzərə alaraq hərbi və digər həssas sahələr istina olmaq Ermənistanın müraciəti nəticəsində əlaqələr qurula bilər.

“İndiyədək belə əlaqələr olmayıb. Burada siyasi, psixoloji elementlər də var. Azərbaycan nefti Ermənistana daxil oldu. Açıq məlumatlardan olan məlumatları izləyərkən görürük ki, əsasən müsbət fikrilər olsa da, alternativ fikirlər də var. Bəziləri bildiri ki, Azərbaycan neft almayın və sair. Ona görə də iqtisadi əlaqələrin genişlənməsi haqında danışırıqsa, bütün bu faktorlar nəzərə alınmalıdır və gözləntilərimiz də adekvat olmalıdır” – deyə C. Bayramov qeyd edib.

Seçilən
17
1
modern.az

10Mənbələr