AZ

Ceyhun Bayramov: Ukrayna müharibəsindən sonra siyasətimiz münaqişənin hansı şərtlərlə başa çatmasından asılıdır

Ukrayna müharibəsindən sonrakı proseslərdən asılı olaraq siyasətimizi müəyyənləşdirəcəyik.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

“Arzu edərdik ki, Ukrayna müharibəsi başa çatsın. Bizim bu müharibənin başa çatmasından sonra siyasətimiz, burada hansı proseslərin olacağından, münaqişənin hansı şərtlərlə başa çatmasından asılıdır. Rusiya-Ukrayna münasibətləri, eləcə də Rusiya-Qərb münasibətləri bu əlaqələrdə soyuqluq davam edəcək ya ortaq məxrəc tapılacaq, Ukraynanın təhlükəsizlik təminatları necə olacaq, Ukraynanın bərpası ilə bağlı beynəlxalq plan necə olacaq və s. Bizim növbəti yanaşmamızla bağlı fərziyyələr irəli sürmək olmaz”, - nazir qeyd edib.

Seçilən
33
3
apa.az

4Mənbələr