“Real” mövsüm sonunda müqaviləsi başa çatacaq David Alabaya yeni sözləşmə təklif etməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə tanınmış insayder Fabritsio Romano xəbər verib.
33 yaşlı avstriyalı müdafiəçi gələn yay azad agent statusu ilə “Kral klubu”nu tərk edəcək.
Alaba 2021-ci ilin iyulundan Madrid klubunda çıxış edir və cari mövsümdə 4 oyunda 145 dəqiqə meydanda olub.