“Bizim gözləntimiz Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə olan açıqlamalarına, üzrxahlığına uyğun olaraq prosesin başa çatdırılmasıdır”.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işinə xitam verilməsinə dair məktub göndərib: “Bu bizdə ciddi təəccüb doğurdu. Həmin məktuba müvafiq qurumlar tərəfindən ciddi təfsilatlı mövqe ortaya qoyulub. Bizim gözləntimiz prosesin iki ölkə lideri arasında aparılan danışıqlara uyğun olaraq başa çatdırılmasıdır”.