AZ

Gənc ulduz üçün mübarizə: “Mançester Yunayted” Diomandeni istəyir

 

"Mançester Yunayted" "Leyptsiq" və Fil Dişi Sahilinin 19 yaşlı vingeri Yan Diomande ilə maraqlanır.

Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar"la yanaşı "Tottenhem" də afrikalını transfer etməyi planlaşdırır.

Hazırda Diomande üçün "Leyptsiq"ə çox sayda təkliflər gəlib.

Əvvəllər "Liverpul", "Mançester Siti", "Çelsi" və digər klublar da onu izləyib.

Bu mövsüm Diomande Almaniya Bundesliqasında 14 oyun keçirib və 6 qol vurub. Yanın alman klubu ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir.

Futbolçunun bazar dəyəri 45 milyon avrodur. O, 2025-ci ildə "Leqanes"dən "Leyptsiq"ə keçib.

Bojoviçin yeni iş yeri bəlli olub

Yamal ilin ən yaxşı cinah oyunçusu seçilib

"Futbol mərcləri"ndə yeni həbslər: Erden Timur da saxlanıldı - YENİLƏNİB

İlin ən yaxşı kişi hakimi açıqlanıb

İngiltərə millisinin üzvü addım-addım “Yuventus”a

Seçilən
65
1
apasport.az

2Mənbələr