AZ

Ceyhun Bayramov: Tramp marşrutu layihəsi ilə bağlı Ermənistan heç bir əməli addım atmayıb

BAKI, 26 dekabr. TELEQRAF

“Tramp marşrutu layihəsi ilə bağlı uzun müddət ərzində Ermənistan tərəfindən heç bir əməli addım atılmayıb. Azərbaycan isə həmin istiqamətdə bir çox işləri başa çatdırıb”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistan isə öz ərazisində heç bir iş görməyib.

“Bu, həm ölkədaxili səbəblərlə, həm də xarici təsirlərlə bağlı ola bilər. Nəticədə layihə uzun müddət ləngiyib. Hazırda bu istiqamətdə ABŞ ilə Ermənistan arasında danışıqlar aparılır. Danışıqlar ikitərəfli formatda keçirilir. Amma Azərbaycan tərəfi öz maraqlarını çatdırıb və hesab edirik ki, bu maraqlar nəzərə alınacaq”, - nazir vurğulayıb.

Seçilən
32
1
teleqraf.com

2Mənbələr