Kişi cüdoçulardan ibarət Azərbaycan yığması Şamaxıda ilin son təlim-məşq toplanışını keçir.
Bu barədə "Far.Az"a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Təlim düşərgəsinin əsas məqsədi komandanın ümumi fiziki durumunu gücləndirməkdir.
Bundan əlavə, hazırlıq prosesinin məqsədi cüdoçuların qarşıdakı beynəlxalq turnirlərə optimal formada hazırlaşmasıdır.