Məşhur türkiyəli müğənni Ajda Pekkanın bacısı Semiramis Pekkan xərçəngdən əziyyət çəkdiyini açıqlayıb.
News365.az xəbər verir ki, yutub kanallarından birinə açıqlama verən Pekkan sentyabrdan bəri onkoloji xəstəlikdən əziyyət çəkdiyini deyib. O bildirib ki, müalicə dövrü heç də asan deyil.
Pekkan əlavə edib ki, həkimi pis vərdişlərinə görə onkoloji xəstəliyin yarandığını dediyini etiraf edib:
"Məni məhv edən elektron siqaret oldu. Ona heç vaxt toxunmayın. Xahiş edirəm, tütünlə əlaqəli heç bir şeyə toxunmayın. Elektron siqaretlər göründüyü qədər zərərsiz deyil, bəlkə də daha zərərlidir. Keçmiş vərdişlərimin bədəlini bu gün ödəyirəm. Onların daha az zərərli olduğunu iddia edərək elektron siqaret adlandırdıqları məhsul məni məhv etdi. O vaxtlar bu, normal görünürdü, zərərini bilmirdik. Amma indi bunu çox aydın görürəm. Gənc dostlarım, heç vaxt tütün istifadə etməyin".