AZ

Uşaqların belə tez ölümü bilməyi məni sarsıdır

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aktyor Elcan Rəsulov ötən il Aktau yaxınlığında vurulan AZAL təyyarəsinin vurulması nəticəsində həyatını itirən 8-ci sinif şagirdi Yeqanov Məhəmmədəli ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, bu barədə aktyor sosial media hesabında yazıb:

"Təyyarə qəzasında dünyasını dəyişən Məhəmmədəli Yeqanovun vəfatından bir il ötür. Bu oğlan isə dostu və komanda yoldaşıdır. Uşaqların belə tez ölümü və dərdi bilməyi məni çox sarsıdır. Allahı baba bilməli olduğun yaşda, dostuna Allahdan rəhmət diləmək kimi dərdi var bu oğlanın. Hər dəfə Rusiyaya uçanda bu qəza yadıma düşür. Sevdiyimiz şəhərlərə getməyi məndə qorxuya çevirən qəza…".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
axsam.az

1Mənbələr