Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmənin şərqində yerləşən Hadramaut əyalətində Cənubi Keçid Şurası (CKŞ) separatçılarının mövqelərinə zərbələr endirib.
Moderator.az-ın xəbərinə görə, bu barədə CKŞ-yə yaxın olan "AIC" telekanalı məlumat yayıb.
Qeyd edilib ki, Nəhb vadisində yerləşən Cənubi Keçid Şurasının qüvvələri hücuma məruz qalıb. Xəsarət alanlar barədə məlumat yoxdur.
Ər-Riyad və ya separatçılar tərəfindən hələlik hər hansı rəsmi şərh verilməyib.