Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.
Çıxış edən Universitetin rektoru Zəfər Qurbanov müəllim və tələbə kollektivini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edib. Bildirib ki, bu əlamətdar gün bütün dünyaya səpələnmiş azərbaycanlıların milli birliyinin, həmrəyliyinin və ortaq dəyərlər ətrafında birləşməsinin rəmzidir.
Rektor deyib ki, geridə qoyduğumuz ildə Dövlət Aqrar Universiteti olaraq elm, təhsil və innovasiya sahəsində mühüm addımlar atılıb. Bu uğurların əldə olunmasında isə hər bir əməkdaşın zəhməti və fədakarlığı vardır.
Universitetin tələbəsi, Vətən müharibəsi iştirakçısı Eşqin Bayramov çıxışında deyib ki, döyüş meydanında qazanılan Qələbə bir daha göstərdi ki, xalqımızın gücü birlik və həmrəylikdədir. Bu gün auditoriyalarda davam etdirdiyimiz təhsil də gələcək Azərbaycanın daha güclü və müstəqil olması naminə xidmət edir.
Daha sonra tədbir bədii hissə ilə davam edib. Tələbələrdən ibarət qrupların rəqsləri, vətənpərvərlik ruhunda şeir və mahnı ifaları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta