AZ

“Almaniyaya getməyin!” Zaxarova ruslara xəbərdarlıq edib

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

"Vətəndaşlarımızı mütləq zərurət olmadığı təqdirdə Almaniyaya səyahət etməkdən çəkinməyə çağırırıq. Müvafiq tövsiyə nazirliyin və xarici nümayəndəliklərin rəsmi saytlarında dərc edilib".

“AzPolitika” xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

O, əlavə edib ki, tövsiyələr Almaniyaya səyahət edən jurnalistlər üçün xüsusi faydalı olacaq, çünki orada "problemlər var".

Sözlərini “isbatlamaq” üçün Zaxarova Sankt-Peterburqun "Zenit" komandasının baş məşqçisi Sergey Semak və həyat yoldaşı Annanın Münhen hava limanında saxlanılmasını xatırladıb. Həmin vaxt Semak onların "bir cüt ayaqqabı, eynək və şarf" üçün cərimə ödəməyə məcbur olduqlarını bildirmişdi.

Zaxarova deyib: "Bu cür hallar tək-tək deyil. Almaniya faktiki olaraq müəyyən bir millətdən, indiki halda Rusiyadan olan insanlar, ölkəmizin vətəndaşları, ruslar üçün qanunsuzluq ərazisinə çevrilib".

Rusiya Xarici İşlər Nazirliyinin hesabında Zaxarovanın bəyanatı, İkinci Dünya Müharibəsi zamanı dağıdılmış Reyxstaqın fotosu ilə birlikdə yerləşdirilib.

Qeyd edək ki, Zaxarova bundan az öncə daha bir biabırçı çıxışı ilə gündəm olmuşdu. XİN sözçüsü ciddi şəkildə iddia edib ki, guya Avropada elektrik enerjisi qıtlığı o həddə çatıb ki, insanlar bayramla bağlı küçələri, şam ağaclarını işıqlandıra bilmirlər. Sosial şəbəkələrdə onun bu bəyanatının yalan olduğunu sübut edən çoxsaylı videolar və Zaxarovanı ələ salan şərhlər yayımlanıb.

“AzPolitika.info” 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
azpolitika.info

1Mənbələr