Türkiyə KAAN üçün daha 80 F110 mühərriki gözləyir.
News365.az Türkiyənin Müdafiə Nazirliyi KAAN qırıcı təyyarəsi üçün ABŞ-la əlavə 80 ədəd F110 mühərrikinin tədarükü üzrə danışıqların davam etdiyini açıqlayıb.
Bildirilib ki, 2025-ci ilin sentyabrınadək 10 mühərrik artıq təhvil verilib.
KAAN-ın Block 30/40 mərhələsində yerli TF35000 mühərrikinə keçidi planlaşdırılır.