Operativ MM saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Pentaqon terrorçulara qarşı hərəkətə keçməyə həmişə hazırdır".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Pit Heqset deyib.
"Prezident noyabrda Nigeriyada və digər yerlərdə günahsız xristianların öldürülməsinin dayandırılmalı olduğunu açıq şəkildə bildirdi", - o qeyd edib.
Heqset həmçinin Nigeriya hökumətinə "dəstəyi və əməkdaşlığı" üçün təşəkkür edib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp onun əmri ilə Amerika ordusunun Nigeriyanın şimal-qərbində İŞİD terrorçularına qarşı bir sıra zərbələr endirdiyini açıqlamışdı.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.