AZ

Ceyhun Bayramov: Azərbaycan xarici siyasət kursu nəticəsində beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Azərbaycanın xarici siyasət kursu qətiyyətli, ardıcıl və milli maraqların təmin olunmasına yönəlmiş xarakter daşıyır. Bu siyasət nəticəsində ölkəmiz ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarını genişləndirib, beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirib.

AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.

O bildirib ki, cari il ərzində Ermənistanla sülh gündəliyi üzrə mühüm irəliləyişlər əldə olunub. Eyni zamanda, Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq tədbirlər ölkəmizin beynəlxalq arenadakı siyasi çəkisini və etibarlı tərəfdaş imicini daha da gücləndirib. Qonşu dövlətlərlə münasibətlərin inkişafı isə xarici siyasətimizin əsas prioritet istiqamətlərindən biri olaraq qalmaqdadır.

“Son bir il ərzində “AZAL”-a məxsus təyyarənin vurulmasından sonra Rusiya ilə münasibətlərdə müəyyən gərginlik müşahidə edilsə də, Düşənbədə keçirilən görüş çərçivəsində Rusiya tərəfinin üzrxahlıq etməsi nəticəsində bu gərginlik əhəmiyyətli dərəcədə azalıb və dialoqun bərpası üçün zəruri zəmin formalaşıb”, - deyə xarici işlər naziri vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
5
azertag.az

6Mənbələr