Azərbaycan Yaxın Şərqdə diplomatik təmasları davam etdirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
“ABŞ və Misir liderlərinin Azərbaycan Prezidentini Şarm əl-Şeyxdə keçirilən sammitə dəvət olunması ölkəmizin sülh təcrübəsinə böyük etimadın göstəricisidir”, - nazir bildirib.
Ceyhun Bayramovun sözlərinə görə, il ərzində Azərbaycan 41 ölkə ilə müxtəlif sənədlər imzalayıb.
Nazir onu da bildirib ki, 2025-ci ildə bir sıra ölkələrdə Azərbaycanın səfirlikləri açılıb: “Suriyada 13 ildən sonra səfirliyimiz fəaliyyəti bərpa edilib. Bu işlər xaricdəki diplomatik nümayəndəliklərimizin genişləndirilməsi işləri çərçivəsində baş verib”.