AZ

Bu il Azərbaycan 41 ölkə ilə müxtəlif sahələri əhatə edən sənədlər imzalayıb

Bakı, 26 dekabr, AZƏRTAC

İl ərzində Azərbaycanın Çin və Vyetnam ilə əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəlib. Pakistanla mövcud olan ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətləri ardıcıl şəkildə davam etdirilib. Eyni zamanda, ölkəmizin Yaxın Şərq regionundakı siyasi və diplomatik təmasları genişləndirilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.

Nazir qeyd edib ki, Azərbaycan İsrail-Fələstin münaqişəsi ilə bağlı prinsipial və balanslı mövqeyini beynəlxalq platformalarda ifadə edib. ABŞ-Azərbaycan münasibətlərində isə qarşılıqlı dialoqun bərpası fonunda müsbət irəliləyişlər qeydə alınıb.

“Hesabat dövrü ərzində Azərbaycan tərəfindən 41 ölkə ilə müxtəlif sahələri əhatə edən sənədlər imzalanıb, diplomatik əlaqələrin coğrafiyası genişləndirilib. Bununla yanaşı, bir sıra ölkələrdə Azərbaycanın yeni diplomatik nümayəndəlikləri və səfirlikləri fəaliyyətə başlayıb”, - deyə nazir diqqətə çatdırıb.

Seçilən
11
3
azertag.az

4Mənbələr