AZ

Almaniya Qəzza üçün planlaşdırılan Beynəlxalq Sabitləşdirmə Qüvvələrində iştirak etməyəcək

BAKI, TurkicWorld, Nailə Babazadə

Almaniya Xarici İşlər Naziri Yohann Vadepul ölkəsinin Qəzza üçün nəzərdə tutulan Beynəlxalq Stabiliyət Qüvvəsi missiyasına qatılmayacağını bildirib.

TurkicWorld xəbər verir ki, Almaniya Xəbər Agentliyi (DPA)-ya açıqlamasında Vadepul deyib ki, Almaniya bu missiyaya yaxın gələcəkdə qoşulmağı planlaşdırmır.

"Hal-hazırda heç kimin beynəlxalq stabiliyət missiyasına qatılması gözlənilmir." - deyə Vadepul qeyd edib.

Nazir qeyd edib ki, belə bir qüvvə konkret təhlükəsizlik təminatı verə biləcək halda lazımdır, lakin Alman hərbçilərinin bu bölgədə bunu edə biləcəyi inandırıcı görünmür.

Vadepul həmçinin bildirib ki, Qəzza barış planının birinci mərhələsi həyata keçirildikdən sonra ikinci mərhələnin tezliklə başlanmasını istəyirlər və Qəzzaya göstərilən insani yardım kifayət deyil, artırılmalıdır.

Almaniya naziri İsrail hökumətinin işğal altındakı Qərb Şəriyasında 19 yeni qanunsuz məskunlaşma planını təsdiqləməsini də tənqid edib:
"Almaniya olaraq İsrailin yeni məskunlaşmalar qurmasını rədd edirik. Uzun müddətdə İsrailin və bölgənin təhlükəsizliyi üçün ən yaxşı həll iki dövlətli həllərdir. Məskunlaşmaların genişləndirilməsi bu perspektivi mümkünsüz edəcək."

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qəzza üçün ateşkes, əsir dəyişimi və yenidənqurma üzrə 20 maddədən ibarət plan təqdim etmişdi. Tramp 9 oktyabrda Misirdə aparılan danışıqlarda İsrail və Hamasın Qəzza üçün ateşkes planının ilk mərhələsini təsdiqlədiyini açıqlamışdı.

Atəşkəs qüvvəyə mindiyi halda İsrail hələ də Qəzza zolağına hücumlar təşkil edir və planın ikinci mərhələsi, yəni Beynəlxalq Stabiliyət Qüvvəsinin yerləşdirilməsi, hələ də dəqiqləşməyib.

Seçilən
14
turkic.world

1Mənbələr