AZ

İctimai nəqliyyatda YENİLİK: Artıq bank kartı olmadan da ödəniş MÜMKÜN OLACAQ

ain.az, Demokrat.az saytına istinadən bildirir.

"Əsas diqqəti NFC üzərində cəmləsək, görərik ki, bu texnologiya bank kartlarından istifadə etmədən dövlət ödənişlərini, xüsusən maaşların, gediş-gəlişlərin və digər xərclərin ödənilməsini təmin edir. Bu tətbiqlər ölkəmiz üçün yenilik sayılsa da, dünya təcrübəsində artıq geniş istifadə olunur".Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. O, bildirib ki, bu sistem vətəndaşlara rahatlıq təmin etməklə yanaşı, nəqliyyat axınlarının tənzimlənməsinə, onların rentabelliyinə və gəlirliliyinə müsbət təsir göstərir:"Dünya təcrübəsində əldə olunan uğurlar göstərir ki, bu amillər bizim nəqliyyat sistemimizdə də keçərli olacaq. Bununla belə, NFC sistemlərinin effektivliyi üçün internet bağlantısının sürətli, sabit və əhatəli olması vacibdir. Əks halda, bu sistem adi kartlarla eyni səviyyədə faydalı olacaq və daha çox tarixdə qalan bir ödəniş üsulu kimi qalacaq".Onun sözlərinə görə, sistemin səmərəli işləməsi üçün infrastrukturun mükəmməl olması, əlçatan və davamlı olması, həmçinin rentabelliyinin qorunması əsas şərtlərdən biridir.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
demokrat.az

1Mənbələr