AZ

Biləsuvarda yanğın baş verib, mənzil yararsız hala düşüb

Biləsuvar, 26 dekabr, İlkin Adıyev, AZƏRTAC

Biləsuvar rayonunda yanğın baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən Melioratorlar qəsəbəsində qeydə alınıb. Belə ki, Xatirə Əliyevaya məxsus, ümumi sahəsi 35 kvadratmetr olan ikiotaqlı mənzildə yanğın baş verib.

Yanğın qısa müddətdə genişlənərək bütün evi bürüyüb. Evdə xəstə olan iki nəfər xilas edilib, lakin mənzil tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə bölməsinin əməkdaşları yanğını söndürərək alovun digər tikililərə keçməsinin qarşısını alıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
48
3
azertag.az

5Mənbələr