AZ

“Qərb“ faktiki olaraq ölüb, 2026 cı il daha da ağır ola bilər“ “The Telegraph“

Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Avropanın qərarsızlığı fonunda Rusiya NATO-nun səbrini sınağa çəkir..."

2025-ci il tarixə "Qərb" anlayışının vahid siyasi güc kimi fəaliyyətini dayandırdığı il kimi düşə bilər.

Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti yazıb.

Nəşrin analitiki Frensis Dırnli xəbərdarlıq edir ki, Avropa kursunu dəyişməsə, 2026-cı il daha təhlükəli olacaq. O, vurğulayır ki, Avropa hələ də öz müstəqil təhlükəsizlik strategiyasını formalaşdıra bilməyib. Bu boşluq fonunda ABŞ-ın verdiyi siqnallardan ruhlanan Rusiya NATO-nun qətiyyətini açıq şəkildə sınağa çəkməyə başlayıb.

Avropanın strateji zəifliyi və buraxılan fürsətlər

Dırnlinin fikrincə, Avropa İttifaqının zəifliyinin rəmzi 2024-cü ilin sonundakı "tarixi sammit" olub. Liderlər Ukraynaya dəstəklə bağlı eyni bəyanatları təkrarladılar, lakin real və sərt qərarlar qəbul edilmədi.

Xüsusilə Rusiyanın dondurulmuş aktivlərinin istifadəyə açılmaması Moskva üçün ciddi zərbə vurmaq imkanını əldən verdi, maliyyə riskləri isə Avropa vergiödəyicilərinin üzərinə yükləndi. Analitik qeyd edir ki, Avropa həm öz taleyini, həm də Ukraynanın gələcəyini etibarsız ola biləcək bir müttəfiqin xoş niyyətinə bağlayıb. Bu isə uzunmüddətli təhlükəsizlik baxımından ciddi risk yaradır.

Danışıqlar illüziyası və geniş münaqişə riski

Məqalədə Avropanın əsas səhvlərindən biri kimi Rusiyanın danışıqlarda xoşniyyətli davranacağına inam göstərilir. Müəllif xatırladır ki, Kreml artıq hərbi iqtisadiyyata keçib və artan hərbi xərclər sülhə deyil, müharibənin uzadılmasına stimul yaradır. Onun sözlərinə görə, hərbi iqtisadiyyatı qurmağı bacaran rejimlər nadir hallarda ondan könüllü şəkildə imtina edirlər.

Avropa kəşfiyyat xidmətləri də xəbərdarlıq edir ki, Moskva NATO-nu təkcə Ukraynada deyil, Baltik ölkələrində də sınağa çəkə bilər. Dırnli yazır ki, suverenlik və xalqların öz gələcəyini seçmək hüququndan imtina faktiki olaraq demokratiyadan imtina deməkdir və bu, gələcək münaqişələr, o cümlədən Çinlə bağlı risklər üçün təhlükəli presedent yaradır.

Müəllif nəticə olaraq bildirir ki, prinsiplərə edilən güzəştlər sonda ərazi itkisi və insan tələfatı ilə nəticələnir. Əgər mövcud kurs dəyişməzsə, 2026-cı ildə bu qiyməti artıq "uzaq ölkələr" deyil, Avropanın özü ödəməli ola bilər.

Avropa üçün seçim ili

Müəllifin ümumi mesajı aydındır: Avropanın tərəddüdü və ABŞ-dan asılılığı təkcə Ukraynanı deyil, bütövlükdə qitənin təhlükəsizlik sistemini zəiflədir. Prinsiplərdən imtina qısa müddətli rahatlıq yarada bilər, lakin uzunmüddətli perspektivdə bu, daha geniş münaqişələrə və daha ağır itkilərə yol açır. 2026-cı il Avropa üçün ya strateji yetkinlik, ya da daha ağır nəticələr arasında seşim ili ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
moderator.az

2Mənbələr