AZ

Bu tarixdə partlayış olacaq: çoxu təsirlənəcək

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yeni il tətilləri zamanı Günəşdə partlayışların yenidən başlaması gözlənilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

“Yerdən iki böyük aktiv bölgə görünür. Bu, Yeni ildən əvvəl Günəşdə alovlanmaların yenidən başlamasına səbəb olacaq və 1-3 gün ərzində görünəcək”, – deyə bildirilib.

Qeyd edək ki, bu, Günəşdə bükülmüş maqnit sahələrində enerjinin sərbəst buraxılması zamanı baş verən partlayışdır. Parıltı, radio dalğaları və qamma şüaları da daxil olmaqla, elektromaqnit spektrinin bütün diapazonlarında radiasiya axını yaradır.

Bilidirilir ki, belə hadisələr zamanı bəzi insanlarda stress, yuxu pozğunluğu və sinir sistemində həssaslıq müşahidə oluna bilər.

Günel Cəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
globalinfo.az

1Mənbələr