AZ

Tailand Kambocaya F-16 qırıcıları ilə hücum edib

Tailand Silahlı Qüvvələri Kambocanın Banteymeantyey əyalətinə piyada, zirehli texnika və aviasiya qüvvələri ilə hücum edib.
 
Sitat.info xəbər verir ki, bu barədə "Khmer Times" Kamboca Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
 
Tailand HHQ-nin F-16 qırıcıları Çouk Çey kəndi ərazisinə ən azı 40 zərbə endirib. Yaşayış evləri və mülki infrastruktura ziyan dəyib.
 
Tailand-Kamboca sərhədində silahlı toqquşmalar dekabrın 8-dən başlayıb. Dekabrın 13-də Kamboca Tailandla sərhəddə bütün keçid məntəqələrini bağlayıb. Tərəflər dekabrın 27-də atəşkəsi müzakirə etməyi planlaşdırırlar.
Seçilən
14
1
sitat.info

2Mənbələr