AZ

Bakıda mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq » AzadMedia.az


Dekabrın 27-i saat 00:00-dan etibarən Bakının Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər Əhməd Rəcəbli küçəsindən Fətəli Xan Xoyski küçəsinə qədər olan hissədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılması yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədardır.

"Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda deyilir.
Seçilən
31
18
azadmedia.az

10Mənbələr