Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ-nin Kaliforniya ştatında baş verən güclü fırtına və sel nəticəsində 3 nəfərin həyatını itirdiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ mediasında yer alan xəbərlərə görə, Kaliforniya ştatının böyük hissəsində təsirli olan güclü yağış, fırtına və sel səbəbilə 3 nəfər dünyasını dəyişib.
Rəsmi şəxslər San Dieqoda 64 yaşlı bir şəxsin üzərinə ağac aşması nəticəsində həyatını itirdiyini, Mendosino bölgəsində isə 70 yaşlarında bir şəxsin dalğalara qapılaraq okeana sürüklənib həlak olduğunu bildiriblər.
Redding bölgəsində isə sel səbəbilə 74 yaşlı bir şəxsin həyatını itirdiyi qeyd olunub.Dünən axşam saatlarına olan məlumata görə, ştatda təxminən 100 min insan elektrik enerjisiz qalıb.
Fövqəladə hallar xidmətləri sel sularında avtomobillərində köməksiz qalanlar da daxil olmaqla, çoxsaylı xilasetmə əməliyyatları həyata keçirib.
ABŞ Hava Proqnozları Mərkəzi tərəfindən verilən açıqlamada, bir çox ani sel hadisəsinin baş verə biləcəyi və çayların daşma riskinin yüksək olduğu bildirilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.