AZ

Patent sahiblərinə yeni hüquq verilir

Patent sahiblərinə yeni hüquq verilir.

Aktual.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Patent haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, patent sahibi patentlə bağlı hüquqların vərəsəlik üzrə və ya digər şəxslərə verilməsi, eləcə də patentdən istifadəyə dair lisenziya müqaviləsinin bağlanması üçün müstəsna hüquqlara malikdir.

Bu qanunun, Avrasiya Patent Konvensiyasının və Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair Protokolunun müddəalarına xələl gətirmədən patent sahibi tərəfindən və ya patent sahibinin icazəsi ilə istənilən dövlətdə qanuni yolla təsərrüfat dövriyyəsinə daxil edilmiş vasitələrin istifadəsi, istifadə üçün təklif olunması, satışı və idxalı isə patent sahibinin müstəsna hüquqlarının pozulması sayılmayacaq.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Seçilən
3
5
ulusum.az

10Mənbələr